Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu niyə artırdı?
Dünya Bankının Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu yüksəltməsi ölkə iqtisadiyyatında müşahidə olunan müsbət dinamikanın beynəlxalq səviyyədə də diqqətlə izlənildiyini göstərir.
Bu proqnozun arxasında həm qeyri-neft sektorunda artan aktivlik, həm ixrac potensialının genişlənməsi, həm də həyata keçirilən iqtisadi islahatların nəticələri dayanır.
Belə bir şəraitdə əsas sual yaranır: iqtisadi artımın dayanıqlılığı hansı amillərə söykənir və bu yüksəlişin əsas hərəkətverici qüvvələri nələrdir?
Mövzu ilə bağlı iqtisadçı Ruslan Atakişiyev Crossmedia.az-a açıqlama verib:

"Ümumiyyətlə, belə deyək ki, əslində bu proqnoz Azərbaycanda ümumi daxili məhsul istehsal həcminin artımı ilə bağlıdır. Yəni növbəti iki ildə ölkə iqtisadiyyatının illik artım proqnoz göstəricilərində dəyişiklik edilib.
Burada əsas məsələ ondan ibarətdir ki, ölkə daxilində həm neft sektorunda, həm də qeyri-neft sektorunda istehsal həcminin artması müşahidə olunur.
Və biz qeyd edə bilərik ki, əslində Azərbaycanda 2019-cu ildən 2025-ci ilə qədər olan dövrü müqayisə etdikdə, orta hesabla 70 faizdən çox iqtisadi ixracda qeyri-neft sektorunun payı artmışdır".
Ekspert əlavə edib ki, bu da ölkənin əsas səbəblərindən biridir:
"Yəni ölkənin həm daxili məhsul formalaşmasında, həm də ixracının artmasında qeyri-neft sektorunun payının yüksəlməsi mühüm rol oynayır.
İndi onu qeyd edə bilərik ki, gələcək dövrdə proqnozlaşdırılan iqtisadi artımda da qeyri-neft sektorunun payının daha da artması nəzərdə tutulur".
Ayhan
15:07 10.04.2026
Oxunuş sayı: 58