Azərbaycanda ESG risklərinin kredit və investisiya qərarlarına inteqrasiyası müzakirə edilib
Azərbaycanda ekoloji, sosial və idarəetmə (ESG) risklərinin kredit və investisiya qərarlarının qəbul edilməsinə inteqrasiyası müzakirə edilib.
Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurum Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsü (UNEP FI) təşkilatı ilə birgə məsuliyyətli bankçılıq prinsipləri mözusunda yanvarda keçirilmiş onlayn təlimin risklərin idarə olunması və açıqlama çərçivəsinə həsr olunmuş ikinci sessiyasını keçirib.
Sessiya zamanı bank nümayəndələrinə ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin kredit və investisiya qərarlarının qəbul edilməsinə inteqrasiyası, iqlim və dayanıqlılıqla bağlı digər risklərin idarə olunması, şəffaflıq və hesabatlılıq prinsipləri, eləcə də qabaqcıl beynəlxalq təcrübələr barədə ətraflı məlumat təqdim olunub. UNEP FI təşkilatının məsuliyyətli bankçılıq prinsiplərinin seçilmiş bankda tətbiq təcrübəsi səsləndirilib.
11:15 31.03.2026
Oxunuş sayı: 45