Süni intellekt inqilabı Azərbaycana çatır: Uğur sürətdən, mükəmməllikdən deyil
Son illərdə süni intellekt sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq bir çox insan gündəlik işlərini bu texnologiyasız təsəvvür etməkdə çətinlik çəkir. Yazı yazmaqdan tutmuş məlumat axtarışına, hətta qərarvermə prosesinə qədər süni intellekt demək olar ki, hər sahədə aktiv rol oynayır. Lakin şirkət və ya insan süni intellekt dövrünə hazırlaşmaq üçün də müəyyən addımlar atmalıdır.
PwC şirkətində EMEA üzrə Konsaltinq Əməliyyatlarının Transformasiyası sahəsində Baş Əməliyyat Direktoru Xəyalə Eylazova mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, ən vacib addım çox sadə görünür:

"Çünki bir çox hallarda insanlar və şirkətlər AI-ni ya çox şişirdir, ya da tam əksinə, gecikdirir.
Fərdi insanlar üçün ən doğru yanaşma AI-ni gündəlik iş axınına daxil etməkdir. Sadəcə nəzəri maraq kifayət deyil real istifadə vacibdir. Yazı yazmaq, məlumat toplamaq, ideya yaratmaq kimi gündəlik proseslərdə AI-dən istifadə etdikcə insan həm onun güclü, həm də zəif tərəflərini başa düşür. Bu isə çox kritik bacarıqdır. Şirkətlər üçün isə məsələ daha strukturlaşdırılmış yanaşma tələb edir. PwC-də biz müştərilərlə işləyərkən adətən üç əsas istiqamətə fokuslanırıq:
Use case-lərin müəyyənləşdirilməsi AI-nin real biznes dəyəri yarada biləcəyi sahələri seçmək;
Data və texnoloji baza AI üçün keyfiyyətli və düzgün strukturlaşdırılmış məlumatın təmin edilməsi;
İnsan kapitalı və bacarıqlar komandaların AI ilə işləməyə hazır olması.
Qlobal trendlərə baxanda görürük ki, ən uğurlu təşkilatlar AI-ni təkcə texnologiya kimi deyil, transformasiya aləti kimi qəbul edənlərdir".
Ekspertin fikrincə, AI dövrünə hazırlaşmaq üçün mükəmməl plan gözləməyə ehtiyac yoxdur:
"Daha vacib olan kiçik addımlarla başlamaq, sürətlə öyrənmək və adaptasiya olmaqdır. Çünki bu sahədə ən böyük üstünlük sürətdir, yoxsa mükəmməllik deyil".
Fatimə Məmmədova
10:30 30.03.2026
Oxunuş sayı: 59