Azərbaycanda polad boru istehsalı 11 % azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 23,2 min ton polad boru istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % azdır.
Bu il martın 1-nə ölkədə 5,2 min ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 214 min ton polad boru istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 95 % çoxdur.
16:27 25.03.2026
Oxunuş sayı: 51