Məzuniyyət hüquqları işçilərin sosial təminatında mühüm rol oynayır – Ekspert
İşçilərin məzuniyyət hüquqları əmək qanunvericiliyində xüsusi yer tutur və onların sosial müdafiəsinin vacib elementlərindən biridir. Azərbaycanda Əmək Məcəlləsinə uyğun olaraq, işçi məzuniyyətə çıxdığı zaman onun iş yeri və vəzifəsi qorunur, həmçinin ona müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir. Məzuniyyət müddətində ödənilən əməkhaqqının hesablanması isə işçinin son 12 təqvim ay ərzində aldığı orta əməkhaqqı əsasında həyata keçirilir. Bu prosesdə işçinin əvvəlki ödənişli və ya ödənişsiz məzuniyyətləri, həmçinin işçi təqsiri olmadan yaranmış boşdayanma halları nəzərə alınaraq ədalətli məbləğ müəyyən edilir. Beləliklə, işçilərin məzuniyyət zamanı maddi vəziyyətlərinin qorunması təmin olunur və onların sosial rifahına dəstək göstərilir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, ümumən bu qayda Azərbaycan qoşulduğu beynəlxalq konvensiyalardan da irəli gəlir, amma ondan əvvəl də həmişə belə olub: “ SSRİ vaxtından insanın əmək məzuniyyəti hüququ olub. İldə bir dəfə və vəzifəsi saxlanılmaqla ona məzuniyyət haqqı ödənilməklə əmək məzuniyyəti üzrə”.
Ekspert qeyd edib ki, məzuniyyət ödənişlərinin məbləği ilə bağlı zaman-zaman dəyişikliklər edilib: “Onun məbləği necə olmalıdır – burada həmişə dəyişikliklər olub. Sonuncu çox yaxşı dəyişiklik idi. Çünki indiki qaydada məsuniyyət puli əmək haqqından az olmamalıdır”.
Ə.Həsənov vurğulayıb ki, bu yanaşma işçinin istirahət hüququnun təmin olunmasına xidmət edir: “Bu isə nəyə gətirir ki, işçinin ildə bir dəfə öz istirahət hüququ var və buna görə də əməkhaqqı alır”.
Mehriban Yariyeva
15:43 18.03.2026
Oxunuş sayı: 61