Ramazan ayının 24-cü günü: duası, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 24-cü günüdür.
Crossmedia.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 14-ü Bakıda imsak vaxtı saat 05:28, iftar isə 19:01-ə təyin olunub.
İftardan qabaq oxunan dua:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
İyirmi dördüncü günün duası:
İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey diləyənlərə bəxşiş verən Allah!
Allah tutulan orucları qəbul etsin!
21:05 13.03.2026
Oxunuş sayı: 99