Qızılın qiyməti REKORD HƏDDƏ
Yaxın Şərqdə münaqişənin daha da güclənməsi ilə bağlı narahatlıqlar fonunda cümə günü səhər qızılın birja dəyəri artıb.
Crossmedia.az xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyası üçün aprel fyuçersinin qiyməti əvvəlki bağlanışa nisbətən 45,7 ABŞ dolları və ya 0,9 % artaraq 5 124,4 ABŞ dollarına yüksəlib.
Gümüşün bir unsiyası üçün may fyuçersinin qiyməti 2,26 % bahalaşaraq 84,035 ABŞ dolları olub.
11:35 06.03.2026
Oxunuş sayı: 430