Sabah Ramazan ayının on altıncı günüdür
Sabah Ramazan ayının on altıncı günüdür.
Crossmedia.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:41-də, iftar vaxtı isə 18:52-dədir.
On altıncı günün imsak duası:
İmsak Duası
İlahi, bu gün yaxşı və saleh bəndələrinin tayı olmağı mənə nəsib et. Onların yolu ilə getməyi, onların kimi səmimi, mərhəmətli və təmiz qəlbli olmağı mənə qismət et. Məni doğruluqda möhkəm, əxlaqda kamil, niyyətdə saf et.
Məni pis adamlardan, pis niyyətlərdən və məni Səndən uzaqlaşdıracaq hər bir əməldən uzaq tut. Qəlbimi kin və nifrətdən təmizlə, məni qeybət və haqsızlıqdan qoru. Dostluğumu salehlərlə, yolumu haqq əhli ilə bir et.
Bu gün mənə Öz rəhmətinlə behişt qərargahında yer ver. Məni cənnətə aparan əməllərə yönəlt, mərhəmətini üzərimdən əskik etmə. Qəbul olunmuş dua, bağışlanmış günah və razı qalmış bir ömür nəsib et.
Allah! and verirəm, ey aləmlərin Allahı,
Məni Öz himayəndə saxla və nicat tapanlardan et.
İftar duası:
İlahi, səndən ötürü oruc tutdum və sənin verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla
Allah tutulan orucları qəbul etsin !
17:28 05.03.2026
Oxunuş sayı: 634