Samir Şərifov: "Azərbaycan adaptiv iqtisadi idarəetmə modelini qurur"
Bu gün dünyada gedən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır.
Crossmedia.az xəbər verir ki, bunu baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır: "Belə bir şəraitdə əsas məsələ qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı və adaptiv iqtisadi idarəetmə modelini qurmaqdır. Azərbaycan məhz bu yanaşmaya üstünlük verir".
O qeyd edib ki, vergi sistemi dövlətin iqtisadi idarəetmə mexanizmlərinin əsas dayaqlarından biri olmaqla makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi proseslərin balanslı şəkildə tənzimlənməsində mühüm rol oynayır: "Bu baxımdan vergi sisteminin gələcəyinə makrosəviyyədə baxmaq, onu ümumi iqtisadi strategiyanın tərkib hissəsi kimi dəyərləndirmək xüsusi əhəmiyyət kəsb edir".(Report)
10:38 05.03.2026
Oxunuş sayı: 499