İstehlak və biznes kreditləri vətəndaşların cibini necə sıxır?
Azərbaycanda bank sektorunda problemli kreditlərin həcminin son bir ildə artması maliyyə sabitliyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Mütləq ifadədə 17 %-dən artıq yüksəliş təkcə borcalanların ödəniş çətinliyi ilə deyil, həm də iqtisadi mühit, kredit şərtləri və əhalinin gəlir dinamikası ilə əlaqələndirilir.
Xüsusilə, yüksək faiz dərəcələri, istehlak kreditlərinin geniş yayılması və bəzi hallarda real gəlirlərin artım tempinin kredit öhdəliklərini üstələməməsi vətəndaşların borc yükünü ağırlaşdıran əsas faktorlar kimi göstərilir.
Bu kontekstdə problemli kreditlərin artmasının səbəbləri və faiz siyasətinin borcalanların ödəmə qabiliyyətinə təsiri mühüm müzakirə mövzusu olaraq qalır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:

"Səbəb faizlər deyil. Çünki son illər faizlər atmayıb, əksinə azalıb. Səbəb, iqtisadi böhran və insanların gəlirlərinin azalıb, xərclərinin artmasıdır. Söhbət həm istehlak, həm də biznes kreditlərindən gedir. Bu gün sahibkarlıq üçün də ölkədə vəziyyət çətindir. Dövlət orqanları, vergi yükü, qiymətlər insanların vəziyyətini ağırlaşdırır".
Ayhan
14:13 27.02.2026
Oxunuş sayı: 1136