Ramazan ayının 7-ci gününün iftar-imsak vaxtları
Sabah Ramazan ayının yeddinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:56-da, iftar vaxtı saat 18:41-dir.
Crossmedia.az Ramazan ayının yeddinci gününün, 25 fevralın iftar duasını təqdim edir:
İFTAR DUASI
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
İMSAK DUASI
“İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”
Allah tutulan orucları qəbul etsin!
18:30 24.02.2026
Oxunuş sayı: 8920