Britaniyada Qarabağ mövzusunda xüsusi layihələrin təşkili planlaşdırılır - MÜSAHİBƏ
Müxtəlif xarici ölkələrdə Azərbaycan dilinin, mədəniyyətinin təbliği uğurla davam etdirilir. Bu baxımdan Avropanın əsas dövlətlərindən olan Böyük Britaniya da istisna deyil. Britaniyada Azərbaycan diasporunun uğurlu fəaliyyəti, həmçinin orada fəaliyyət göstərən Qarabağ məktəbi bu posesdə mühüm ro oynayır.
Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Britaniyada azərbaycan
dilinin öyrənilməsi ilə bağlı dərslərin tədrisinə başlanılması təşəbbüsü necə
yarandı? Bu təşəbbüsün məqsədləri nələrdir?
- Qarabağ məktəbi rəsmi
olaraq 27 sentyabr 2021-ci il tarixində, vətənimiz uğrunda canlarından keçmiş oğul
və qızlarımızın əziz xatirəsinə ehtiram əlaməti olaraq fəaliyyətə başlamışdır. Məktəbimiz
Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təsis edilmişdir. Əslində Bu
məktəbin yaranması yalnız bir təhsil təşəbbüsü deyil, biz eyni zamanda milli
yaddaşımızın, tarixi həqiqətlərimmizin və milli kimliyimizin qorunması
missiyasıni heyata kechiririk.
Qarabağ məktəbini təsis etməkdə
əsas məqsədimiz xaricdə böyüyən övladlarımızın öz kökləri ilə möhkəm bağlı
qalmasını təmin etmək, onların ana dilimizi, tariximizi, mədəniyyətimizi,
musiqimizi və hər şeydən önəmlisi milli kimliyimizi öyrənə və qoruya biləcəkləri
bir mühit yaratmaqdır. Xaricdə yaşamaq uşaqlarımıza bir qədər fərqli, bir qədər
geniş imkanlar açsa da, milli kimliyimizin və dəyərlərimizin qorunması xüsusi məsuliyyət
tələb edir. Ona görə də biz bir valideyin olaraq, bir müəllim kollektivi olaraq
çalışırıq ki, uşaqlar Azərbaycanı yalnız xəritədə bir ölkə kimi deyil, onu tarixi,
ağrıları, qüruru və dəyərləri olan bir vətən kimi tanısınlar. Uşaqlara
Azərbaycan dilini “dərs” kimi yox, yaşanan dəyər kimi tədris edirik.
- Xaricdə böyüyən uşaqlar üçün
milli kimliyin qorunması niyə vacibdir?
- Diasporda böyüyən uşaqlar bir neçə mədəniyyətin daşıyıcısı olurlar. Bu, böyük üstünlükdür. Lakin düzgün istiqamət verilməzsə, onların vətənlə bağlılığı zəifləyə bilər. Güclü milli kimlik uşaqlara özünəinam, daxili tarazlıq və mənsubiyyət hissi verir. Bu, onlara digər mədəniyyətlərə hörmət etməklə yanaşı, öz kimliyi ilə fəxr etməyi öyrədir. Bizim məqsədimiz Britaniya cəmiyyətinə uğurla inteqrasiya olunmuş, eyni zamanda Azərbaycanı sevən və onun dəyərlərinə sadiq nəsil yetişdirməkdir.

- Məktəb hansı təhsil modelinə əsaslanır?
- Məktəbimiz həftəsonu icma məktəbi modeli ilə fəaliyyət
göstərir. Tədris yaşa uyğun qruplar üzrə, dil, musiqi, rəqs, mədəniyyət və
tarix elementlərini birləşdirən inteqrativ proqramla, interaktiv, yaradıcı və
uşaqlar üçün cəlbedici metodlarla aparılır.
- Şagirdlərinizin Böyük
Britaniyada müxtəlif tədbirlərdə fəal iştirakı diqqət çəkir. Bu barədə nə deyə
bilərsiniz?
- Bununla, həqiqətən, qürur
duyuruq. Şagirdlərimiz Böyük Britaniyada keçirilən mədəni, maarifləndirici və
ictimai tədbirlərdə mütəmadi iştirak edərək Azərbaycanı layiqincə təmsil
edirlər. Onlar çıxışları, təqdimatları və milli tədbirlərdə iştirakı ilə gənc
mədəniyyət səfirləri kimi çıxış edirlər. Bu, həm uşaqların özünəinamını
artırır, həm də Britaniya cəmiyyətində Azərbaycan mədəniyyətinin daha yaxından
tanınmasına töhfə verir.
Məktəbimiz bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə məşhur Britaniya Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş
tədbirdə rəngarəng proqramla cıxıs etdilər. Tədbir Ana dili və mədəni
müxtəlifliyə həsr olunmuş bir bayram oldu. Şagirdlərimiz gözəl şeirlər, mahnılar
səsləndirdilər və ənənəvi Azərbaycan rəqsləri ilə tamaşaçıları heyran etdilər. Bu
unudulmaz gün ana dilimizin mədəniyyətlər və nəsillər arasında körpü olduğunu
nümayiş etdirdi və onun kimliyi və tariximizi qorumaqdakı əhəmiyyətini bizə
yenidən xatırlatdı.
Məktəbimizin şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə ilk dəfə olaraq böyük
səhnəyə çıxmış, 1,5 saatlıq geniş mədəni proqram ilə Azərbaycan
mədəniyyətini layiqincə təqdim etmişlər. Bu, uşaqlarımız üçün tarixi bir an
idi, onlar ilk dəfə bu miqyasda, bu qədər geniş auditoriya qarşısında çıxış
edərək Azərbaycanı mədəniyyət, musiqi, söz və rəqs vasitəsilə təmsil etdilər.
Şagirdlərimiz Xocalı
faciəsinin anımına həsr olunmuş tədbirdə King’s College London-da
bədii-musiqili çıxışlar təqdim etmiş və Xocalı ilə bağlı hekayə oxumuşlar.
Ötən il tələbələrimiz
Londonun Ealing bölgəsində xeyriyyə məqsədi daşiyan beynəlxalq musiqi
festivalına və London Meri tərəfindən Novruz şənliyində işhtirak üçün dəvət
edildilər.
Bununla yanaşı, şagirdlərimiz işğal altında olmuş torpaqlarımızın azad olunmasına həsr edilmiş, eləcə də sülh və gələcəyə ümid mesajlarını əks etdirən bir neçə xüsusi videoçarx da hazırlamışlar.
- Uzunmüddətli perspektivdə məktəbinizin məzunları Azərbaycanı necə təmsil edəcəklər?
- Məktəbimizin məzunları Azərbaycan dilində sərbəst danışan, milli kimliyinə sahib çıxan, Azərbaycan tarixini və dəyərlərini bilən, gələcəkdə akademiya, mədəniyyət, media, diplomatiya və ictimai sahələrdə Azərbaycanı təmsil edə bilən şəxslər kimi formalaşırlar. Məzunlarımız gələcəkdə akademiya və elmi tədqiqat sahəsində Azərbaycanla bağlı mövzuları beynəlxalq müstəvidə araşdıraraq təqdim edəcək, mədəniyyət və incəsənət sahəsində Azərbaycan mədəni irsini yaradıcı və müasir üsullarla tanıdacaq, media və kommunikasiya mühitində ölkəmiz haqqında düzgün və balanslı informasiya yayılmasına töhfə verə biləcəklər. Eyni zamanda onlar diplomatiya və beynəlxalq münasibətlər sahəsində iki ölkə arasında etibarlı körpü rolunu oynayacaq, ictimai və qeyri-hökumət sektorunda isə Azərbaycan icmasının səsini beynəlxalq platformalarda layiqincə eşitdirə biləcəklər.
Bu məzunlar Böyük Britaniyada təhsil almış, lakin Azərbaycanla güclü mənəvi bağlarını qoruyan bir nəsil kimi mədəni diplomatlar funksiyasını yerinə yetirəcəklər. Onlar Azərbaycanı yalnız sözlə deyil, davranışları, dəyərləri, bilikləri və dünyagörüşləri ilə təmsil edəcəklər. Diasporda böyüyən bu uşaqlar həm bu gün, həm də gələcəkdə Azərbaycan üçün böyük dəyərdir, onlar dünyanın müxtəlif yerlərində ölkəmizin səsi, yaddaşı və kimliyi olacaqlar.
- Valideynlərin marağı hansı səviyyədədir?
- Valideynlərin marağı çox
yüksəkdir. Bir çox valideynlər bu məktəbi övladlarının kimliyini qoruyan bir ocaq
kimi görürlər. Xüsusilə Vətən müharibəsindən sonra valideynlər uşaqlarının
Azərbaycanı daha dərindən tanımasını vacib hesab edirlər.
- Gələcək planlar nələrdir?
- Gələcək planlarımıza şagird sayının artırılması, hibrid tədris
modellərinin tətbiqi, Qarabağ mövzusunda xüsusi layihələr daxildir.
- Sonda nə əlavə etmək istərdiniz?
- Məktəbimiz dörd ildir fəaliyyət göstərir. Bu illər ərzində şagirdlərimizin qazandığı uğurlar bütün gözləntilərimizi üstələmişdir. Bu böyük nailiyyətlər onların zəhməti və istedadı ilə yanaşı, dövlətimizin diasporamıza, Ana Dilimizə, təhsilə göstərdiyi qayğı və diqqətin nəticəsidir. Biz həm Britaniya Azərbaycan Cəmiyyəti, həm Qarabağ məktəbi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya və Diasporla İş üzrə Dövlət Komitəsininin rəhbərliynə Azərbaycan dilinin, mədəniyyətinin, milli irsinin və mənəvi dəyərlərinin qorunması və dünyada tanıdılması istiqamətində göstərdikləri ardıcıl və əvəzsiz fəaliyyətə görə dərin minnətdarlığımızı bildiririk. Onların bu sahədəki liderliyi və qayğısı xaricdə yaşayan azərbaycanlılar üçün böyük dayaq və ilham mənbəyidir. Məhz bu dəstək bizi gələcək nəsillər naminə bu müqəddəs işi davam etdirməyə ruhlandırır.
11:17 23.02.2026
Oxunuş sayı: 524