Vəfat etmiş doğmalarımızı niyə yanımızda hiss edirik?- İlahiyyatçı danışdı
Zaman keçdikcə bəzi düşüncələr insan şüurunda fərqli təsəvvürlər formalaşdırır, bu da həm qeyri-adi hisslərin, həm də müxtəlif inancların yaranmasına zəmin yaradır. Bəzən insan öz-özünə elə gəlir ki, dünyasını dəyişmiş yaxınları hələ də onun yanındadır, addım-addım onu izləyir. İtki yaşayan şəxslər bu mərhələdə ətrafda baş verən xırda məqamlara daha həssas yanaşır, yuxulara, təsadüfi hadisələrə, ani hisslərə xüsusi məna yükləməyə başlayır. Bir çox mədəni ənənələrdə isə belə bir baxış var ki, vəfat edən insanların ruhları zaman-zaman müəyyən işarələr və simvollar vasitəsilə öz varlıqlarını hiss etdirə bilərlər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, İslam inancında qəti dəlillərlə ispat olunub ki, insan vəfat etdikdən sonra onun ruhu bərzəx aləminə köçür:
" Buna Qurani Kərimin Möminun surəsinin 100-cü ayəsi ilə də isbat etmək olar. Bəlli bir zaman içərisində insan ruhu bədənindən ayrılar. 60-100-120 il rəhbərlik etdikdən sonra ölüm anı ilı ruh bədəndən ayrılır. Bundan sonra isə ruhun yeri bərzəx aləmidir. Belə bir fikirlər var ki, həftənin 4-cü günü vəfat edən adamın evinə gəlir, yaxud 40-na gəlir, 40 gün ailədə qalır kimi bir çox folklorlardan gələn, insan psixologiyası ilə formalaşan bu alimlər qəti dəlillərlə təsbit olunmamaışdır. İslam dinində ruhun mahiyyəti haqqında deyilir: Hər insan ölümü dadacaq".
Fatimə Məmmədova
17:55 21.02.2026
Oxunuş sayı: 585