Sensasional çıxış: Azərbaycanın dünya səviyyəsində tanınmış yazıçısı yoxdur
Azərbaycanın dünya səviyyəsində tanınmış yazıçısı yoxdur. Buna tam əminəm. Bizim Dostoyevskimiz, Aqata Kristimiz, Tolstoyumuz yoxdur. Bəlkə də, zamanla olacaq.
Bunu Crossmedia.az-a geniş müsahibəsində tanınmış detektiv yazıçı Müşfiq Abbasov deyib.
"Amma hesab edirəm ki, Dostoyevski öz yaşadığı dövrdə hörmətli adam olmayıb. İçki içib, qumarbaz olub, bunu yazdığı əsərlərdən də görmək olur. Şəxsiyyət kimi o dövrdə böyük adam sayılmayıb. Amma 100 ildən sonra yazdıqları onu böyük şəxsiyyət edib. Qumar borcunu ödəmək üçün kitab yazıb və o kitab bu gün də oxunur. Bəlkə də, kitablarım 100 ildən sonra oxunacaq, bunu deyə bilmərəm. Bəlkə də, mənim yox, başqa bir tanınmamış yazıçının kitabı 100 ildən sonra oxunacaq", - o bildirib.
Ayhan
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/70164
16:15 18.02.2026
Oxunuş sayı: 762