Sabahdan Azərbaycanda Ramazan ayı başlayır: İmsak və iftar vaxtı açıqlandı
Sabahdan etibarən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır.
Crossmedia.az imsak və iftar vaxtlarını təqdim edir.

İmsak vaxtı: 06:04
İmsak duası:
Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadəti edənlərin ibadətindən qərar ver. Məni bu ayda qafil olanlardan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin Rəbbi. Məni bağışla, ey günahkarları bağışlayan!
İftar vaxtı: 18.34-ə təsadüf edir.
İftardan öncə duası:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
Qeyd edək ki, bu müqəddəs ayın Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.
Fatimə Məmmədova
12:20 18.02.2026
Oxunuş sayı: 580