Bu gecə niyyət axşamıdır
Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – Mübarək Ramazan ayı oruclarının tutulmasının ilk niyyət gecəsidir.
Crossmedia.az xəbər verir ki, gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar.
Belə ki, Ramazan ayı İslam dünyasında ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur. Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə olunur.
Qeyd edək ki, Ramazan ayının birinci günü fevralın 19-na, Ramazan bayramı isə martın 20-nə təsadüf edəcək.
Fatimə Məmmədova
11:08 17.02.2026
Oxunuş sayı: 634