Azərbaycan və Moldova ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mixov və Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi xəbər yayıb.
Görüşdə tərəflər Moldova-Azərbaycan münasibətlərinin müsbət dinamikasını qeyd edərək, ikitərəfli gündəliyin prioritet məsələlərini nəzərdən keçiriblər.
"Müzakirələrdə bu il ikitərəfli səfərlərin koordinasiyası, həmçinin Kişinyovda nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti raundu və ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının təşkilinə xüsusi diqqət yetirilib", – məlumatda vurğulanır.
Həmçinin ikitərəfli hüquqi bazanın genişləndirilməsi, regional təhlükəsizlik sahəsində son hadisələr, eləcə də ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub. Tərəflər ayrıca beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.
20:38 21.01.2026
Oxunuş sayı: 861