Kolumbiya Prezidenti silaha sarılacağını bəyan edib
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin ona qarşı Venesuela lideri Nikolas Maduroya bənzər addım ata biləcəyi təqdirdə ölkəsini müdafiə etmək üçün silaha sarılmağa hazır olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, bu halda Kolumbiya xalqının da onun müdafiəsinə qalxacağına əminliyini ifadə edib.
Prezident X sosial şəbəkəsində paylaşımında qeyd edib ki, 1989-cu il sülh razılaşmasından sonra silahdan imtina etsə də, vətən təhlükə altına düşərsə, bu qərarını yenidən nəzərdən keçirəcək. Petro eyni zamanda polis kəşfiyyatında çalışan bir neçə yüksək rütbəli zabitin dövlətə zərər verən yanlış məlumatlar ötürdüyünə görə vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyat ehtimalını istisna etməmişdi.
15:37 05.01.2026
Oxunuş sayı: 3078