Slovakiyanın baş naziri ABŞ-ın Venesueladakı addımlarını sərt tənqid edib
Slovakiyanın Baş naziri Robert Fitso ABŞ-nin Venesuelada həyata keçirdiyi addımları kəskin tənqid edərək onları “Amerika avantürası” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, bu siyasəti hətta simvolik şəkildə belə dəstəkləmək niyyətində deyil.
Fitso, həmçinin, vurğulayıb ki, suveren dövlətin hökumət başçısı kimi bu cür addımlara açıq şəkildə qarşı çıxmağı öz borcu hesab edir. Onun sözlərinə görə, bu mövqe ABŞ ilə münasibətlərin müvəqqəti pisləşməsinə səbəb olsa belə, prinsipial mövqeyindən geri çəkilməyəcək.
Fatimə Məmmədova
15:18 05.01.2026
Oxunuş sayı: 2754