Paşinyan Erməni Apostol Kilsəsində islahatlara start verib
Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsində islahatların aparılmasını nəzərdə tutan “yol xəritəsi”ni on yepiskopla birlikdə imzalayıb.
Crossmedia.az xəbər verir ki, sənəddə islahat proqramının elan edilməsi, kilsənin qeyri-legitim rəhbərinin vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin təyin olunması, yeni Nizamnamənin qəbul edilməsi və bütün ermənilərin katolikosunun seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, bu addımlar kilsə idarəçiliyində dəyişikliklərin həyata keçirilməsinə yönəlib.
14:02 05.01.2026
Oxunuş sayı: 2729