TƏCİLİ: İsrail İrana qarşı “Dəmir Zərbə” adlı yeni əməliyyatı təsdiqlədi
İsrail hərbi kabineti “Dəmir Zərbə” adlı İrana qarşı yeni əməliyyatı rəsmi şəkildə təsdiqləyib. Əməliyyatın detallarına və konkret başlanğıc tarixlərinə hələ açıqlıq gətirilməyib, lakin rəsmi mənbələr onun yaxın gələcəkdə başlaya biləcəyini bildirirlər.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hərbi ekspertlər və beynəlxalq müşahidəçilər əməliyyatın regionda gərginliyi artıra biləcəyini və İranla İsrail arasında qarşılıqlı hərəkətlərin riskini yüksəldə biləcəyini qeyd edirlər. İsrail hökuməti əməliyyatın strateji məqsədlərini və təhlükəsizliyini qorumaq üçün hazırlıqların davam etdiyini bildirir.
İrana qarşı bu addım, bölgədəki siyasət və təhlükəsizlik balansına önəmli təsir göstərə biləcək ciddi hərbi planların həyata keçirildiyini göstərir.
Mehriban İbrahimli
13:47 05.01.2026
Oxunuş sayı: 3114