Tramp təhdid etdi: İran Milli Təhlükəsizlik Şurası təcili toplandı
ABŞ-ın prezidenti Donald Trampın İrana ünvanladığı təhdidlərdən sonra ölkədə Milli Təhlükəsizlik üzrə Ali Şuranın təcili iclası keçirilib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İran hakimiyyəti artan etirazlar və güclənən xarici təzyiqlər fonunda müxtəlif ssenariləri müzakirə edir. Şurada mövcud vəziyyət “yaşamaq uğrunda mübarizə” kimi qiymətləndirilir və etirazların minimum güc tətbiqi ilə nəzarətdə saxlanılması yolları axtarılır.
Eyni zamanda, mümkün eskalasiya riskləri və xarici təhdidlərə verilə biləcək cavablar da müzakirə mövzusu olub. İran rəsmiləri regional və beynəlxalq gərginliyin artması ehtimalını nəzərə alaraq təhlükəsizlik strategiyalarını yenidən gözdən keçirir.
Mehriban İbrahimli
11:39 05.01.2026
Oxunuş sayı: 3298