Tramp: ABŞ Ukraynaya yatırılan vəsaitləri geri qaytaracaq və hətta qazanc əldə edəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynaya yatırılan maliyyə vəsaitlərinin böyük hissəsini geri qaytarıb və gələcəkdə bundan daha artıq gəlir əldə edə bilər.
Crossmedia.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Jurnalistlərə Vaşinqtona uçarkən təyyarədə açıqlama verən Trampın sözlərinə görə, ABŞ nadir torpaq elementləri ilə bağlı razılaşma əldə edib:
“Bu vəsaitlərin (Ukraynaya verilən pulların – red.) əhəmiyyətli hissəsini artıq geri qaytarmışam. Çünki nadir torpaq elementləri üzrə razılaşma bağlamışıq. Biz bu pulların böyük hissəsini, bəlkə də hamısını, hətta ola bilsin ki, daha artığını geri alacağıq” — deyə Tramp qeyd edib.
Günel Verdiyeva
11:58 05.01.2026
Oxunuş sayı: 2920