Bir sıra ölkələr ABŞ-nin Venesuelaya qarşı addımlarını pisləyib
Braziliya, İspaniya, Kolumbiya, Meksika, Uruqvay və Çili ABŞ-nin Venesuelaya qarşı atdığı addımları birgə bəyanatla qınayıb. Bəyanat İspaniyanın paytaxtı Madriddə yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Latın Amerikasının beş ölkəsi və İspaniya Venesueladakı vəziyyətin heç bir xarici müdaxilə olmadan, yalnız dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar. Onlar böhranın dinc vasitələrlə aradan qaldırılmasına çağırış ediblər.
Günel Verdiyeva
11:10 05.01.2026
Oxunuş sayı: 2396