Tramp: Kolumbiyada hərbi əməliyyat keçirilə bilər
ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın həyata keçirilə biləcəyinə dair açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Tramp Milad və Yeni il tətillərindən sonra Mar-a-Laqo iqamətgahından Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərlə söhbət zamanı bu mövzuya toxunub.
ABŞ Prezidenti regiondakı vəziyyəti şərh edərək Kolumbiyanı Venesuela ilə müqayisə edib. O bildirib ki, ölkə uzun müddətdir ABŞ-yə yönələn kokain ticarəti ilə əlaqələndirilir və bu vəziyyətin arxasında məsuliyyətsiz idarəçilik dayanır. Trampın sözlərinə görə, mövcud durum davamlı olmayacaq.
Jurnalistlərin ABŞ ordusunun Kolumbiyada mümkün hərbi əməliyyatlara cəlb olunub-olunmayacağı ilə bağlı sualına cavab verən Tramp bu ehtimalı açıq şəkildə istisna etməyib və “belə bir ssenarinin mümkün görünə biləcəyini” deyib.
Fatimə Məmmədova
10:17 05.01.2026
Oxunuş sayı: 2716