ABŞ mətbuatı: Venesuelaya hücumda ölənlərin sayı 80-ə çatıb
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi nəticəsində ölənlərin sayının 80-ə yüksəldiyi və bu rəqəmin arta biləcəyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanılması ilə nəticələnən genişmiqyaslı hücumlarda insan tələfatı artır.
Venesuela xarici işlər naziri İvan Hil isə konkret rəqəm açıqlamasa da, ABŞ-ni hərbçiləri və mülki şəxsləri qətlə yetirməkdə, eyni zamanda prezident Maduronu qaçırmaqda ittiham edib.
Fatimə Məmmədova
09:45 05.01.2026
Oxunuş sayı: 2202