Finlandiyada kabelin zədələnməsi işi üzrə ekipaj üzvü həbs edilib
Finlandiya məhkəməsi Fitburg adlı yük gəmisinin ekipaj üzvlərindən birinin həbsinə icazə verib. Şəxs Helsinkidən Tallinə uzanan və Finlandiya körfəzinin dibi ilə çəkilmiş Elisa sualtı telekommunikasiya kabelinin zədələnməsində şübhəli bilinir. Bu barədə Finlandiya polisi məlumat yayıb.
Crossmedia.az xəbər verir ki,məlumata görə, həbs edilən şəxs Ermənistan vətəndaşıdır. Onun gəmidə tutduğu vəzifə açıqlanmır. Eyni zamanda, daha üç ekipaj üzvü barəsində ölkəni tərk etmə qadağası tətbiq edilib.
Fitburg gəmisinin ekipajı ümumilikdə 14 nəfərdən ibarətdir. Onlar Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır.
Qeyd edək ki, Finlandiya polisi dekabrın 31-də Sent-Vinsent və Qrenadin bayrağı altında üzən Fitburg gəmisini saxlayıb. Gəmi Sankt-Peterburqdan İsrailin Hayfa limanına doğru hərəkət edirmiş. Saxlanılma səbəbi isə Helsinkidən Tallinə çəkilmiş Elisa sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı şübhələr olub.
Nastya Qəniyeva
09:04 05.01.2026
Oxunuş sayı: 2519