Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır
ABŞ-nin Venesuelaya bir sıra tələbləri var, onlardan biri də Bolivar Respublikasının Vaşinqton əleyhdarları, xüsusilə İran və "Hizbullah" hərəkatı üçün məskən olmağı dayandırmasından ibarətdir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. ABŞ dövlət katibi Marko Rubio müsahibəsində Venesuelaya biganə olmadıqlarını deyib.
"İstəyirik ki, onlar gələcəkdə uğur qazansınlar, lakin bizim əsas vəzifəmiz Amerikadır. Artıq narkotik maddələr, bizim istiqamətimizə hərəkət edən dəstələr və dünyada olan hər bir düşmənimiz üçün keçid nöqtəsinə çevrilən ərazilər olmamalıdır. "Hizbullah", İran Venesuelanı öz məskəninə çeviriblər. Belə davam edə bilməz və hazırkı Amerika administrasiyası buna imkan verməyəcək", - o bildirib.
23:00 04.01.2026
Oxunuş sayı: 3072