Maduronun ələ keçirilməsi zamanı həlak olanlar var
Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi zamanı onun təhlükəsizlik xidmətinə daxil olan mühafizəçilərdən xeyli sayda şəxsin həlak olduğu bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino rəsmi açıqlama verib.
Nazirin sözlərinə görə, baş verənlərə baxmayaraq, ölkədə dövlət institutlarının fəaliyyəti davam edir. O qeyd edib ki, Venesuela parlamenti fəaliyyətini planlaşdırıldığı kimi 5 yanvar – bazar ertəsi günü normal rejimdə bərpa edəcək. Rəsmi qurumlar ölkədə vəziyyətin nəzarət altında olduğunu vurğulayır.
Nigar Yahyazadə
21:23 04.01.2026
Oxunuş sayı: 3201