Türkiyə Mərkəzi Asiya üçün “Türküstan” adını geri qaytarır
Türkiyə Mərkəzi Asiya regionunu ifadə etmək üçün “Türküstan” adının yenidən rəsmi istifadəyə verildiyini açıqlayıb.
Məlumata görə, bu termin ölkənin təhsil proqramlarına daxil ediləcək, məktəb və universitet dərsliklərində rəsmi şəkildə yer alacaq.
Bu barədə Crossmedia.az "Bright Uzbekistan"a istinadən xəbər verir.
Yeni adlandırmaya keçid dövlət səviyyəsində elan olunub. Türkiyə rəsmiləri bildiriblər ki, dərs vəsaitlərində terminologiyanın yenilənməsi Mərkəzi Asiyanı əhatə edən geniş makroregionun tarixi-mədəni kimliyini, eləcə də türk irsinin bu coğrafiyadakı rolunu daha dəqiq əks etdirməyə xidmət edir.
Mehriban İbrahimli
21:15 04.01.2026
Oxunuş sayı: 3285