Siyasətdən modaya: Maduronun geyimi internetdə trend yaratdı
Venesuela prezidenti Nikolas Maduronun Nike Tech Fleece idman geyimində görüntülərinin sosial şəbəkələrdə yayılması gözlənilməz şəkildə moda gündəmini də hərəkətə gətirib. Sözügedən görüntülərdən sonra bu brendə maraq internetdə kəskin şəkildə artıb.
Crossmedia.az xəbər verir ki, Müşahidələrə görə, Google axtarış sistemində “Nike Tech” açar sözü üzrə axtarışlar qısa müddət ərzində əhəmiyyətli dərəcədə yüksəlib. Sosial şəbəkə istifadəçiləri Maduronun görüntülərini məşhur idman geyimi reklamları ilə müqayisə edərək, bu oxşarlığı həm ironik, həm də diqqətçəkən hesab ediblər.
Sosial mediada yayılan paylaşımlarda siyasi liderin geyim tərzinin qlobal brend üçün qeyri-rəsmi reklam effekti yaratdığı vurğulanır. Bəzi istifadəçilər isə bunu siyasət və populyar mədəniyyətin bir-birinə qarışmasının bariz nümunəsi kimi dəyərləndirir.
Mütəxəssislər bildirirlər ki, hadisə artıq siyasi kontekstdən kənara çıxaraq “diqqət iqtisadiyyatı”nın tipik nümunəsinə çevrilib. Belə ki, beynəlxalq siyasi proseslərin mərkəzində olan fiqurların görüntüləri belə gözlənilmədən moda sənayesinə və qlobal brendlərin görünürlüğünə birbaşa təsir göstərə bilir.
19:52 04.01.2026
Oxunuş sayı: 3162