Tramp: ABŞ qoşunları Venesuelada olmayacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin vitse-prezidenti ABŞ-nin tələb etdiyi addımları atdığı müddətdə Amerika qoşunları Venesuela ərazisində olmayacaq.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, bu açıqlama Venesueladakı hərbi və diplomatik vəziyyətlə bağlı ABŞ-nin mövqeyini əks etdirir.
Tramp həmçinin vurğulayıb ki, ABŞ Venesuelada sülh və sabitliyin təmin olunması üçün tərəfdaşlarla koordinasiyanı davam etdirəcək.
Türkan Kərimli
19:13 04.01.2026
Oxunuş sayı: 3191