CHP lideri Özgür Özel: Ərdoğanın Venesuela mövqeyi sual altındadır
CHP lideri Özgür Özel bildirib ki, Ərdoğanın Venesuellaya münasibəti ikili standartlıdır.
Crossmedia.az xəbər verir ki, Özel vurğulayıb: əvvəllər Maduroya “qardaşım” deyən, 15 iyul çevriliş zamanı ilk zəng edən şəxsin Maduro olduğunu söyləyən Ərdoğan, indi Trampın Maduronu arvadı ilə birlikdə zorla aparmasına qarşı susur.
Özel əlavə edib ki, bu susqunluq demokratik prinsipləri müdafiə etməli olan lider üçün qəbuledilməzdir və dünya nizamının pozulmasına rəğbət kimi qiymətləndirilə bilər.
Türkan Kərimli
17:18 04.01.2026
Oxunuş sayı: 2902