Venesuellada müdaxilə yeni güc mübarizəsinin başlanğıcıdır
Venesuellada baş verənlər müasir dünya sisteminin sonu deyil, lakin onun xaotik dövrə daxil olmasının göstəricisidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici siyasət eksperti Con Merşeymer məlumat verib. Hazırda dünya ABŞ, Çin və Rusiya triumfiratına uyğun üç böyük güc tərəfindən bölünüb.
Merşeymer vurğulayıb ki, Rusiya hərbi güc və nüvə arsenalı baxımından önəmlidir, texnoloji baxımdan geridə qalsa da, döyüş təcrübəsi onu strateji üçlükdə saxlayır. Onun sözlərinə görə, Venesuellada müdaxilə bu üç güc arasında yeni güc mübarizəsinin başlanğıcıdır, dünya müharibəsi demək deyil, amma davamlı xaos və sistemli rəqabət ehtimalı yaranır.
Türkan Kərimli
18:42 04.01.2026
Oxunuş sayı: 2782