Rubio Tramp administrasiyasında əsas fiqur kimi çıxış edir
ABŞ senatoru Mark Rubio son proseslər nəticəsində Tramp administrasiyasında ən vacib fiqurlardan birinə çevrilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubio həm doktrinal, həm də praktik olaraq Amerika xarici siyasətində aktiv rol oynayır, xüsusilə Cənubi Amerika ölkələrinə təzyiq siyasətində önəmli iştirakçı hesab olunur.
Onun nəzarətində geniş bürokratik aparat var: Dövlət katibi kimi Rubio analitik hesabatlar və daxili təşəbbüslərə dəstək verir, milli təhlükəsizlik müşavirliyi isə prezidentlə gündəlik məsləhətləşmələr aparmasına imkan yaradır.
Rubio prezidentə ən yaxın şəxslərdən biri olaraq, onu xarici siyasətdə ənənəvi istiqamətə yönləndirən əsas fiqurdur.
Türkan Kərimli
18:24 04.01.2026
Oxunuş sayı: 2622