Çin XİN: ABŞ Maduro və həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir
Çin Xarici İşlər Nazirliyi ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə və Venesuelada dövlət hakimiyyətinə qarşı aparılan fəaliyyətləri dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, nazirlik həmçinin ABŞ-yə yaranan mübahisələri yalnız dialoq və danışıqlar yolu ilə həll etməyi tövsiyə edib.
Çin rəsmiləri vurğulayıb ki, bütün tərəflər arasında anlaşmanın təşviqi və qarşılıqlı hörmət beynəlxalq münasibətlərdə əsas prinsiplərdən biridir.
Onlar əlavə ediblər ki, qarşıdurmaların sülh yolu ilə həlli həm bölgədə, həm də beynəlxalq səviyyədə stabilliyi təmin edəcək.
18:50 04.01.2026
Oxunuş sayı: 2987