Tehranda “Bu il qan ilidir” şüarı ilə kütləvi etiraz aksiyaları keçirilir
İranda Tehranın mərkəzində bu gün keçirilən nümayişlərdə etirazçılar İslam Respublikasına qarşı şüarlar səsləndirib.
Crossmedia.az xarici mediayaya istinadən xəbər verir ki, videolarda insanların küçələrdə toplaşdığı, aksiyanın genişləndiyi, etirazçıların “Bu il qan ilidir, Xameneyi devriləcək” şüarlarını səsləndirdiyi görünür.
Məlumata görə, Tehranda keçirilən kütləvi nümayişlər zamanı satıcılar və etirazçılar repressiv qüvvələrlə toqquşub.
Görüntülərdə insanların qışqırıq səsləri, avtomobillərin fasiləsiz siqnalları və gözyaşardıcı qazın atıldığı anlar açıq şəkildə görünür.
Türkan Kərimli
17:26 04.01.2026
Oxunuş sayı: 2738