İran Trampa xəbərdarlıq etdi: Cavab daha sərt olacaq
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, ABŞ prezidenti Donald Tramp İranı təhdid edə bilməz.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Borucerdi keçmiş “səhvlərin” təkrarlanmasının daha sərt və ağrılı cavabla nəticələnəcəyini və ABŞ-nin bölgədəki maraqlarının hədəf ola biləcəyini qeyd edib.
O əlavə edib ki, ölkədəki çətin iqtisadi vəziyyət fonunda vətəndaş etirazları “diqqətə layiq və eşidilməlidir”. Borucerdi Mərkəzi Bank sədrinin istefasının milli valyutanın dəyər itirməsinin qarşısını almağa kömək edəcəyini bildirib.
İran rəsmisi vurğulayıb ki, ölkə Amerika tərəfindən aparılan “amansız iqtisadi müharibə” şəraitindədir.
Türkan Kərimli
16:40 04.01.2026
Oxunuş sayı: 3188