Kolumbiya prezidenti Petro Trampı sərt ittiham edib
Kolumbiya prezidenti Qustavo Petro ABŞ-nin keçmiş prezidenti Donald Trampı “pedofil klanla” əlaqələrdə ittiham edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Petro Venesuela ətrafında baş verən prosesləri şərh edərkən bildirib: “Pedofil klan demokratiyamızı məhv etmək istəyir. Epşteyn siyahısı açıqlanmasın deyə, hərbi gəmilər göndərərək balıqçıları öldürür, neftə görə qonşu ölkəni işğalla hədələyirlər”.
Kolumbiya dövlət başçısı açıqlamasında birbaşa Donald Trampın adını çəkərək onu bu proseslərin mərkəzində olmaqda günahlandırıb və sərt ifadələrdən istifadə edib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp çıxışlarının birində Qustavo Petroya cavab olaraq ona “özünü qorusun” məzmununda ifadə işlətmişdi. Bu qarşılıqlı açıqlamalar iki ölkə lideri arasında siyasi gərginliyin artdığını göstərir.
16:20 04.01.2026
Oxunuş sayı: 3883