Tramp Venesuelada gücü qanundan üstün tutur
ABŞ prezidenti Donald Trampın Venesuelada hərbi əməliyyat keçirmək qərarı demokratiyanın qarantı roluna uyğun deyil, əksinə gücün qanundan üstün tutulduğunu göstərir.
Crossmedia.az " El Pais"-ə istinadən xəbər verir ki, Venesuela lideri Nikolas Maduronun müdaxilə yolu ilə tutulmasının “təhlükəli ssenari” yaratdığını və çoxtərəfli normalara məhəl qoymayan impulsiv, fərdiləşdirilmiş xarici siyasətin nəticəsi olduğu vurğulanır.
Qəzet qeyd edir ki, Venesuelada mümkün keçid dövrü yalnız dinc, nizam-intizamlı və konsensual şəkildə həyata keçirilərsə, legitim sayıla bilər. ABŞ-nin güc yolu ilə verdiyi qərarların isə bu prosesi daha da mürəkkəbləşdirdiyi bildirilir.
Türkan Kərimli
16:13 04.01.2026
Oxunuş sayı: 2825