Yunanıstan: Rabitə sistemlərində nasazlıq səbəbilə uçuşlar dayandırılıb
Yunanıstanın hava məkanında yaranan ciddi texniki problem səbəbindən ölkə üzərindən uçuşlar müvəqqəti olaraq tamamilə qadağan edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətli qurumlar uçuşların dayandırılmasını “bütün rabitə sistemlərinin nasazlığı” ilə izah ediblər. Hazırda Yunanıstanın hava məkanı demək olar ki, tam boşdur.
Məlumata görə, nasazlığın dəqiq səbəbi hələlik açıqlanmayıb və problem aradan qaldırılana qədər məhdudiyyətlərin davam edəcəyi bildirilir.
Türkan Kərimli
15:57 04.01.2026
Oxunuş sayı: 2912