Maduronun süqutu Tehran üçün geosiyasi siqnaldır
Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsi İran üçün ciddi geosiyasi qeyri-müəyyənlik yaradır.
Venesuela uzun illərdir İranın əsas müttəfiqi olub və iki ölkə arasında neft və iqtisadi əməkdaşlıq mövcud idi.
Maduronun süqutu Tehran üçün investisiyaların və maliyyə öhdəliklərinin taleyini sual altına qoyur.
Crossmedia.az xəbər verir ki, ekspertlər ABŞ-nin bu vəziyyətdən istifadə edərək İranın Latın Amerikadakı təsirini zəiflədə biləcəyini bildirirlər.
Hazırda Venesuelada neft istehsalı davam etsə də, siyasi qeyri-sabitlik İranın strateji planları üçün yeni risklər yaradır.
14:47 04.01.2026
Oxunuş sayı: 3220