Venesuelada Rodriges müvəqqəti prezident təyin edildi
Venesuela Ali Məhkəməsi ABŞ-nin ölkəyə hücum etməsindən və prezident Nikolas Maduro ilə həyat yoldaşının “əsir alınmasından” bir gün sonra vitse-prezident Delsi Rodrigesi müvəqqəti prezident vəzifəsini icra edən şəxs kimi müəyyənləşdirib.
Crossmedia.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Məhkəmənin Konstitusiya Palatası hücumdan sonra qəbul etdiyi qərarda bildirib ki, Delsi Rodriges ölkədə inzibati davamlılığın və təhlükəsizliyin təmin olunması məqsədilə prezident səlahiyyətlərini icra edəcək.
Qərarda fövqəladə şəraitdə dövlət idarəçiliyinin fasiləsizliyinin qorunmasının vacibliyi vurğulanıb.
09:50 04.01.2026
Oxunuş sayı: 7432