Orban: Venesueladakı hadisələr neftin qiymətinin artmasına səbəb ola bilər
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin Venesuelada apardığı hərbi əməliyyat və Venesuela prezidenti Nikolas Maduronun həbsi fonunda qlobal bazarlarda neft qiymətlərinin arta biləcəyi ehtimalı barədə xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Orban paylaşımında bildirib:“Bu gün Venesuela böhranının nəticələrindən Macarıstanı qorumaq məqsədilə enerji sektorundakı əsas oyunçularla məsləhətləşmələr keçirdik. Bu proses qiymət artımına səbəb ola bilər və hökumət bunun qarşısını almaq üçün işləyir”.
Orbanın sözlərinə görə, Venesuela böhranının mümkün nəticələri Macarıstan üçün də risklər yarada bilər.
Bu səbəbdən hökumət artıq enerji sektorunun əsas nümayəndələri ilə təcili məsləhətləşmələr aparıb.
Macarıstan hökumətinin vəziyyəti yaxından izlədiyi və enerji təhlükəsizliyi ilə bağlı əlavə addımlar atmağa hazır olduğu vurğulanır.
Səriyyə Tağıyeva
23:46 03.01.2026
Oxunuş sayı: 4266