Venesuela: Ölkəmiz heç vaxt müstəmləkə olmayacaq
Venesuela heç bir halda başqa dövlətin müstəmləkəsinə çevrilməyəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 3-də Venesuela Respublikasının vitse-prezidenti Delsi Rodrigez bəyan edib.
Rodrigez çıxışında ölkənin suverenliyinin toxunulmaz olduğunu vurğulayıb və Venesuela xalqının xarici təzyiqlərə boyun əyməyəcəyini bildirib. O, eyni zamanda Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin dərhal azadlığa buraxılmasını tələb edib.
Vitse-prezident qeyd edib ki, Nikolas Maduro Venesuelanın yeganə legitim və qanuni prezidentidir.
Səriyyə Tağıyeva
23:32 03.01.2026
Oxunuş sayı: 4002