Medvedev: ABŞ-nin Venesueladakı əməliyyatı fonunda dövlətlər ordularını gücləndirməlidir
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyat fonunda ölkələri silahlı qüvvələrini gücləndirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Medvedev yanvarın 3-də RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
Karakasda baş verənlər hər bir dövlət üçün ciddi dərs olmalıdır. Onun sözlərinə görə, bu hadisə göstərir ki, istənilən ölkə öz təhlükəsizliyini təmin etmək üçün ordusunu maksimum dərəcədə gücləndirməlidir.
“Karakasdakı əməliyyat bir daha sübut etdi ki, neft və ya başqa maraqlar naminə istənilən dövlətin konstitusiya quruluşu asanlıqla dəyişdirilə bilər”, – deyə Medvedev vurğulayıb.
O qeyd edib ki, müasir beynəlxalq şəraitdə yalnız güclü silahlı qüvvələr dövlətlərin suverenliyinin real təminatçısı ola bilər.
23:00 03.01.2026
Oxunuş sayı: 4161