İvanovo və Yaroslavl hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib
"Rosaviasiya"nın sözçüsü Artem Korenyako yanvarın 3-də bildirib ki, İvanovo və Yaroslavl hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki,o, Telegram-da yazıb:"İvanovo (Yujnıy) və Yaroslavl (Tunoşna) hava limanları . Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib".
Korenyakonun sözlərinə görə, uçuş təhlükəsizliyini təmin etmək üçün məhdudlaşdırıcı tədbirlərin tətbiqi zəruri idi.
22:45 03.01.2026
Oxunuş sayı: 3917