“Cəhənnəm" planetində sürpriz atmosfer tapıldı
Alimlər Günəş Sistemi xaricindəki TOI-561 b adlı qayalı planetdə atmosfer olduğunu aşkar ediblər.
Crossmedia.az "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, planet “ultra isti super-Dünya” adlanır və səthində əriyən qayadan ibarət okean ola bilər.
Belə ki, TOI-561 b, Yer planetindən iki dəfə ağırdır, amma ulduzuna çox yaxındır. Buna görə planetin bir tərəfi daima gündüz, o biri tərəfi daima gecədir.
Alimlərin ölçmələrinə görə, gündüz tərəfi təxminən 1800°C-dir.
Qeyd edək ki, bu, çox isti olsa da, gözləniləndən azdır. Səbəb planetin ətrafındakı atmosferin istiliyi gecə tərəfinə daşımasıdır.
Atmosferin içində güclü küləklər var və bəzi qazlar səthi soyudur. Planetin ulduzu Günəşdən daha yaşlı və dəmirdən az zəngindir. Bu da planetin daxili quruluşunun Yerdən fərqli ola biləcəyini göstərir.
Qeyd edək ki, alimlər atmosferi və temperaturu daha yaxşı öyrənmək üçün araşdırmalarını davam etdirirlər.
Fatimə Məmmədova
22:30 03.01.2026
Oxunuş sayı: 3998