Tramp: Putinlə telefon danışığında Venesuela müzakirə olunmayıb
ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı Venesuela məsələsinin gündəmə gəlmədiyini bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Trampın sözlərinə görə, sözügedən telefon danışığında Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı heç bir müzakirə aparılmayıb.
“Xeyr, etmədik. Mən heç vaxt Maduro haqqında danışmamışam”, – deyə ABŞ prezidenti vurğulayıb.
Bu açıqlama Vaşinqtonun Venesuela ətrafında artan hərbi-siyasi fəallığı fonunda diqqət çəkir. ABŞ tərəfi daha əvvəl Venesuelaya qarşı embarqonun qüvvədə qalacağını və hərbi mövcudluğun davam edəcəyini bəyan etmişdi.
22:07 03.01.2026
Oxunuş sayı: 4796