Venesuela neft embarqosu qüvvədə qalır
ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də keçirilən mətbuat konfransında Venesuela neftinə qarşı birtərəfli embarqonun qüvvədə qalacağını və ABŞ Hərbi Dəniz Qüvvələrinin ölkə sahillərində mövqelərini saxladığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Vaşinqton Venesuelaya təzyiq mexanizmlərini zəiflətmək niyyətində deyil.
“Bütün Venesuela neftinə qoyulan embarqonun qüvvədə qalması çox vacibdir. Amerika ordusu döyüşə hazır vəziyyətdədir və ABŞ tələbləri tam yerinə yetirilənə qədər bütün hərbi imkanlarını qoruyub saxlayacaq”, – deyə o vurğulayıb.
Prezidentin çıxışı Ağ Evin rəsmi saytında yayımlanıb. ABŞ administrasiyası Venesuela ətrafında vəziyyətin nəzarətdə saxlanıldığını və hərbi-dəniz qüvvələrinin regionda qalmaqda davam etdiyini bildirir.
21:25 03.01.2026
Oxunuş sayı: 4355